Организация по безопасности и сотрудничеству в Европе (ОБСЕ / OSCE) · recommendation

Natural and Anthropogenic Factors of Soil Degradation: Awareness-Raising and Public Control

ОБСЕ
Открыть оригинал документа

Полный текст размещён на сайте публикующей организации. lawenc.com индексирует метаданные и ведёт на официальный источник.

Полный текст

İqtisadi Tədqiqatlar Mərkəzinin ATƏT-in Bakı Ofisinin dəstəyi ilə “Torpaqların deqradasiyasının təbii və antropogen amilləri: maarifləndirmə və ictimai nəzarət” layihəsi çərçivəsində apardığı

Tədqiqatın Tapıntıları və Tövsiyələr Paketi

1 Giriş

İqtisadi Tədqiqatlar Mərkəzi Kürdəmir və Göyçay rayonlarında 2012-ci ilin iyun ayının 16-dan həmin ilin dekabr ayının 15-dək ATƏT-in Bakı Ofisinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihə çərçivəsində adı çəkilən rayonlarda 2 dəyirmi masa, 4 təlim, 4 tarla təcrübəsi və 1 qoruyucu meşə zolağının salınması aksiyası keçirib. Bu tədbirlər nəticəsində torpaq istifadəçilərinə torpaqların münbitliyinin qorunması, deqradasiya, şoranlaşma və eroziyanın qarşısının alınması istiqamətində nəzəri və praktiki biliklər, aqrotexniki qaydalardan düzgün istifadə olunması ilə bağlı beynəlxalq təcrübəyə əsaslanan məlumatlar verilib, onların rəyləri dinlənilib. Həmin tədbirlərə 2 rayondan ümumilikdə 200 nəfərə qədər torpaq mülkiyyətçisi, fermer, bələdiyyə üzvü, yerli icra orqanlarının nümayəndələri və mütəxəssislər cəlb olunub. İTM tərəfindən layihə çərçivəsində aşkara çıxarılmış problemlərə dair müzakirələr aparılması məqsədilə aidiyyatı olan dövlət strukturlarında - Kənd Təsərrüfatı Nazirliyində, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, Ekologiya və Təbii Sərvətlər Nazirliyində, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində - görüşlər təşkil olunub. Görüşlər zamanı regionlarda qoruyucu meşə zolaqlarının salınması, örüş və otlaqlarda heyvanların yerində su ilə təminatı, örüş sahələrinin yemlənməsi, torpaqların şoranlaşmasının mövcud vəziyyəti və ona qarşı aparılan mübarizə tədbirləri, torpaqların qorunması istiqamətində sərf olunan ictimai vəsaitlərin səmərəliliyinin qiymətləndirilməsi sahəsində mövcud problemlər və onların həlli yolları istiqamətində geniş müzakirələr aparılıb, aparıcı dövlət qurumlarının sadalanan məsələlərə münasibətləri öyrənilib. Layihə çərçivəsində İTM eskpertlərinin apardığı statistik araşdırmalardan məlum olub ki, respublika üzrə mövcud olan 8.641.506 hektar torpaq sahəsinin 3.470.823 hektarı və ya başqa sözlə desək 40,2 faizi eroziyaya uğrayıb. Kənd təsərrüfatı təyinatlı torpaqlar isə 4.531.326 hektar olduğu halda onun 565 511 hektarı müxtəlif dərəcədə şorlaşmaya, 508 270 hektarı şorakətləşməyə məruz qalmış, 30 000 hektarı isə faydalı qazıntıların istismarı nəticəsində yararsız hala düşüb. Layihə çərçivəsində təşkil olunmuş dəyirmi masalarda və təlimlərdə torpaq mülkiyətçiləri, bələdiyyə üzvləri və hökumət numayəndələrinin iştirakı ilə aparılmış müzakirələr, müşahidələr və praktiki təcrübələr zamanı torpaqların münbitliyinin qorunub saxlanmasında bir sıra spesifik problemlər aşkar olunub.

2 1. Tədqiqatın aşkara çıxardığı tapıntılar və problemlər Onları aşağıdakı kimi qruplaşdırmaq olar: 1.1. Texniki təminatın olmamasından qaynaqlanan problemlər. Adıçəkilən rayonlarda ötən əsrin 90-cı illərindən sonra təmir işləri aparılmadığından drenaj-kollektor sistemi yararsız hala düşmüş, drenaj quyuları torpaqla dolmuş, kollektorlar lillənmiş və su aparmaq qabiliyyətini itirmişdir. Nəticədə, vaxtilə müntəzəm meliorasiya işləri aparılan, sonradan torpaq islahatı nəticəsində fermerlərə paylanmış torpaq sahələrinin münbitliyində ciddi problemlər yaranmışdır. 1.2. Kür və Araz çaylarının səviyyəsinin qalxması nəticəsində yaranan problemlər. 2010- cu ilin yazında Kür və Araz çaylarının daşması nəticəsində Azərbaycanın 30-a yaxın rayonunda 20 mindən çox yaşayış evi, 110 min hektar əkin və örüş sahəsi su altında qaldı. Bu səbəbdən də sahilboyu əkin sahələrinin bir qismi sorlaşmış və ya təkrar şorlaşmaya məruz qalmışdır. Kürdəmir və Göyçay rayonları ərazilərində deqradasiyaya məruz qalmış torpaq sahələrinin çoxluğunu nəzərə alaraq həmin rayonlarda kollektor-drenaj şəbəkəsində təmir, tikinti və yenidənqurma, təkrar şorlaşmış sahələrin duzlardan əsaslı yuyulması, su təminatının artırılması sahəsində kompleks işlərin aparılması tələb olunur. 1.3. Fermerlərin bilik və bacarıqlarının yetərli olmaması səbəbindən münbitliyin itirilməsi. Müşahidələr göstərdi ki, torpaq sahibləri və istifadəçiləri tərəfindən torpaqlardan istifadə zamanı torpaqqoruyucu texnologiyadan istifadə olunmur. Təbii otlaqlarda, örüş sahələrində müəyyən olunmuş normativ qaydalara zidd olaraq bərpa işləri aparılmadan, fasiləsiz, daha çox heyvan otarılır. Bu da öz növbəsində bitki örtüyünün tükənməsinə və həmin sahələrdə külək və su eroziyası nəticəsində torpaqların deqradasiyasına səbəb olur. Bu sahəyə nəzarət edən orqanların nümayəndələri tətbiq etdikləri tənbehedici, inzibati tədbirlərin yetərsizliyini və səmərə vermədiyini etiraf ediblər. Bütün bunları nəzərə alaraq İqtisadi Tədqiqatlar Mərkəzinin ekspertləri torpaqların münbitliyinin, ətraf mühitin ekoloji tarazlığının, mühafizəsinin təmin edilməsi, təsərrüfat və digər fəaliyyətin zərərli təsirinin neytrallaşdırılması, bioloji müxtəlifliyin qorunub saxlanılması, resurslardan istifadənin qənaətlə və səmərəli təşkili, torpaqların deqradasiya uğramasının, çirklənməsinin qarşısının alınması və prosesin tənzimlənməsi məqsədilə təklif edir:

3 2.Tədqiqatdan irəli gələn tövsiyələr

2.1.Təşkilatı sahədə. 2.1.1. Torpaqların deqradasiyasının qarşısının alınması və bərpasına cavabdeh olan ayrı-ayrı dövlət strukturlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəetməni təkmilləşdirmək məqsədilə bu sahəni koordinasiya etmək Nazirlər Kabinetinin məsul vəzifəli şəxslərdən birinə - Baş nazirin birinci müavininə həvalə edilsin.

2.1.2.Deqradasiyaya məruz qalmış torpaqları daha dəqiq, tam müəyyən etmək, xəritəsini hazırlamaq üçün torpaqların inventarizasiyasının aparılması həyata keçirilsin.

2.1.3. Deqradasiyaya məruz qalmış torpaqların mülkiyyət mənsubiyyətinə görə təsnifləşdirilməsi, tərəflərin (dövlət qurumlarının və torpaq sahiblərinin) öhdəlikləri, torpaqların münbitliyinin qorunub saxlanması istiqamətində görüləcək işlər müəyyən edilsin.

2.1.4. Torpaqların tərkibinin müəyyənləşdirilməsi və dəqiq analiz aparılması üçün regionlarda aqrokimyəvi xidmət laboratoriyaların fəaliyyətini genişləndirmək məqsədilə bütün kənd rayonlarında muasir texnoloji avadanlıqlarla təhciz edilmiş aqrokimyəvi xidmət laboratoriyaları yaradılsın. Laboratoriyalarda işləmək üçün mütəxəssislərin hazırlanması üçün Azərbaycan Dövlət Aqrar Universitetində və digər müvafiq təhsil müəssisələrində tədris kursları təşkil edilsin.

2.1.5 Meliorasiya tədbirlərinin aparılmasına ehtiyacı olan torpaq sahələrinin müəyyən edilməsi, onların xəritələrinin hazırlanması.

2.2. Qanunvericlik sahəsində 2.2.1. Torpaq və əkin sahələrindən səmərəli istifadəni təmin etmək məqsədilə xırda təsərrüfatların könüllülük əsasında kooperasiyalarda və digər birliklərdə birləşməsini təşkil etmək üçün “Kooperasiya haqqında” Qanununun qəbulu sürətləndirilsin, bu istiqamətdə marifləndirmə və stimullaşdırıcı tədbirlər həyata keçirilsin.

2.2.2. Torpaq Məcəlləsində və digər normativ-hüquqi aktlarda dövlət mülkiyyətində olan təbii biçənək və örüş sahələrinin müsabiqə əsasında torpağa qayğı göstərən, yemləmə

4 işləri aparan, təbii ot toxumlarının səpinini təşkil edən təcrübəli, məsuliyyətli, bu sahədə bilik və bacarığı olan icarəçilərə verilməsi mexanizmi hazırlansın.

2.3. Maliyyə təminatının gücləndiilməsi sahəsində 2.3.1. Torpaq və sudan istifadənin səmərəliliyini təmin etmək məqsədilə fermerlərə və torpaq istifadəçilərinə torpaqqoruyucu və suya qənaət edən muasir texnologiyanın əldə edilməsində imkan yaratmaq məqsədlə güzəştli kredit resurslarına çıxışı asanlaşdırmaq.

2.3.2. Suvarma və kollektor-drenaj şəbəkələrinin təmiri, bərpası, yenidənqurulması və tikintisini həyata keçirmək məqsədilə Dövlət Proqramının hazırlanması. Bu məqsədlə Dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılmasına və şəffaflığı təmin etmək məqsədi ilə ictimai nəzarət mexanizminin yaradılmasına nail olmaq.

2.3.3. Təbi biçənəklərdən, otlaqlardan səmərəli istifadəni təmin etmək və heyvandarlığı intensiv yolla inkişaf etdirmək məqsədilə qeyri-məhsuldar mal-qaranın sayının azaldılması istiqamətində xüsusi proqram hazırlayıb həyata keçirmək, mal-qara şahiblərinə güzəştli kredit təklif etməklə naxırın cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq.

5

Основные сведения
Тип документа recommendation
Дата принятия
Источник ОБСЕ