Organisation pour la sécurité et la coopération en Europe (OSCE) · book

Pis rəftar: ona məruz qaldıqda nə etməli? / Steps to be taken in cases of ill-treatment

OSCE
Voir le document original

Le texte intégral est hébergé par l’organisation qui le publie. lawenc.com indexe les métadonnées et renvoie vers la source officielle.

Texte intégral

PİS RƏFTAR ona məruz qaldıqda nə etməli?

məlumat kitabçası

Bakı - 2011 TƏRTİB EDƏNLƏR:

Həsənov Hafiz Quliyeva Aynur

Məlumat kitabçası ATƏT-in Bakı Ofisinin həyata keçirdiyi “Fərdi şikayətlər” layihəsi çərçivəsində hazırlanıb və çap edilmişdir.

Kitabçanın elektron versiyasını aşağıdakı veb-səhifədən əldə edə bilərsiniz: http://www.osce.org/baku MÜNDƏRİCAT

Ön söz .................................................................................. 4

I. Pis rəftar və onun formaları...................................... 10 1. İşgəncə 2. Qəsdən sağlamlığa ağır zərər vurma 3. Qəsdən sağlamlığa az ağır zərər vurma 4. Özünü öldürmə həddinə çatdırma 5. Döymə 6. Təhqir 7. İfadə verməyə məcbur etmə

II. Pis rəftara məruz qaldıqda nə etməli? ..................... 21

Əlavələr ............................................................................. 28 • Ərizə forması • Ərizə nümunələri • Avropa İnsan Hüquqları Məhkəməsinin pis rəftara dair Azərbaycanla bağlı qərarlarının xülasəsi • Pis rəftarla bağlı müraciət olunacaq qurumların siyahısı

3 ÖN SÖZ

Əziz oxucular,

Bu kitabçanın əsas məqsədi sizi pis rəftarın təcrübədə daha çox rast gəlinən formaları ilə tanış etmək və pis rəftara məruz qaldığınız halda ata biləcəyiniz addımları sizə izah etməkdir. Kitabçada, habelə müraciət edə biləcəyiniz orqan, müraciət etmənin qaydaları, eləcə də pis rəftara görə nəzərdə tutulmuş cinayət məsuliyyəti haqqında məlumatları əldə edəcəksiniz. Pis rəftar Azərbaycanda insan hüquq və azadlıqlarının ciddi pozuntusu kimi qəbul edilir. Mövcud hüquqi müdafiə vasitələri ilə yanaşı, pis rəftarla mübarizə və onun nəticələrinin aradan qaldırılması dövlətin başlıca vəzifələrindən biri hesab edilir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında pis rəftarın istənilən forması qadağan edilir və onun qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində göstərilir ki, dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. 25-ci maddəsində isə, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi öz əksini tapmışdır. Eyni zamanda 31-ci maddə ilə hər kəsin təhlükəsiz yaşamaq hüququna təminat verilir. 46-cı maddədə isə, göstərilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində pis rəftarla bağlı hərəkətlər cinayət əməlləri kimi müəyyən edilib və bu cür hərəkətlərə görə konkret cəzalar nəzərdə tutulub. Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 13-cü maddəsində cinayət təqibi zamanı proses iştirakçılarının şərəf və ləyaqətinə mənfi təsir edə biləcək və ya

4 onların həyat və sağlamlıqlarını təhlükə altına qoya biləcək hər hansı hərəkət və ya qərarlar qadağan edilir. Son 10 ildə Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən BMT-nin İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya və onun Fakültativ Protokolu, İşgəncə və qeyri- insani və ya ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Avropa Konvensiyası, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına qoşulmaqla, pis rəftarın qarşısını almaq üçün müxtəlif tədbirlər görmüşdür. Bu Konvensiyaların həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra fərmanlar imzalanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi Avropa Konvensiyasının 3-cü maddəsi (“İşgəncələrin qadağan edilməsi”) ilə bağlı Azərbaycana qarşı iki qərar qəbul edib. 11 aprel 2007-ci il tarixli “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, 29 noyabr 2007-ci il tarixli “Hümmətov Azərbaycana qarşı” işi üzrə, 2 aprel 2009-cu il tarixli “Muradova Azərbaycana qarşı” işi üzrə və 10 iyun 2010-cu il tarixli “Qarayev Azərbaycana qarşı” işi üzrə qərarlarda Məhkəmə tərəfindən 3-cü maddənin pozulması və ərizəçilərin işgəncəyə məruz qalması faktı tanınıb. ATƏT-in işgəncənin qadağan edilməsi ilə bağlı öhdəlikləri 1989-cu il tarixli Vyana Sənədində nəzərdə tutulub. Həmin sənədlə üzv Dövlətlər işgəncənin qadağan edilməsi və işgəncənin qarşısının alınması və bununla bağlı cəza tədbirlərinin görülməsi üçün səmərəli tədbirlər görmək öhdəliyi götürüblər. Bundan başqa işgəncənin qadağan olunması ATƏT-in 1990-cı il tarixli Kopenhagen Sənədində də öz əksini tapıb. Burada göstərilir ki, müharibə vəziyyəti və ya müharibə təhlükəsi, daxili siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə hallardan asılı olmayaraq, heç bir müstəsna vəziyyət işgəncə üçün əsas yarada bilməz. 1999-cu il tarixli İstanbul Nizamnaməsində isə, ATƏT-ə üzv Dövlətlər bir daha işgəncə və digər qəddar, qeyri-

5 insani və ya ləyaqəti alçaldan halların aradan qaldırılmasına dair səylərini davam etmək öhdəliyi götürmüşlər. Ümid edirik ki, bu kitabça sizin üçün faydalı olacaq. Kitabçanın daha da təkmilləşdirilməsi ilə bağlı qeyd və suallarınızı gözləyirik. ATƏT-in Bakı Ofisi bu nəşri gələcəkdə baş verə biləcək dəyişikliklərə uyğunlaşdıracaq. Biz inanırıq ki, bu kitabça pis rəftarın hər hansı bir formada törədilməsinin qarşısını almağa yardım edəcək.

ATƏT-in Bakı ofisi Qanunun Aliliyi və İnsan Hüquqları Şöbəsi

6 FOREWORD

Dear reader,

The main objective of this booklet is to inform you about the most common forms of ill-treatment and to guide you through the steps to be followed in case you are subject to ill-treatment. The booklet will provide you with information about whom to address in case you are subject to ill-treatment, what is the procedure to follow, as well as criminal liability for committing acts of ill-treatment. Ill-treatment is considered as a serious human rights violation in Azerbaijan. Fighting it and addressing its consequences in line with existing remedies is considered to be one of the main duties of the State. In this regard, the Constitution of the Republic of Azerbaijan and other domestic laws prohibit any form of ill- treatment and envisage adequate measures to prevent and address its consequences. The Azerbaijani Constitution, as adopted on 12 November 1995, states that the main objective of the State is to provide for the full exercise of the rights and liberties of any person and citizen (Article 12). The Constitution further envisages in Article 25 equal rights and liberties for everyone. Article 31 provides for the right to life and safety. According to Article 46, the State shall protect a dignity of any person. Consequently, nobody shall be subject to any form of ill-treatment or punishment which may humiliate their dignity. Likewise, medical, scientific and other experiments must not be carried out on any person without his/her consent. The Criminal Code of the Republic of Azerbaijan recognizes ill-treatment as a criminal offence and establishes criminal responsibility for committing such acts. Moreover, the Criminal Procedure Code of the Republic of Azerbaijan in Article 13

7 prohibits any acts or decisions during criminal prosecutions which may negatively impact on the honour and dignity or threaten the life and health of the participants to the proceedings. In recent years, Azerbaijan undertook different measures to prevent ill-treatment, by joining a number of international conventions: the UN Convention against Torture and other Cruel, Inhuman or Degrading Treatment or Punishment and its Optional Protocol, the European Convention for the Prevention of Torture and Inhuman or Degrading Treatment or Punishment, and the European Convention on Human Rights and Fundamental Freedoms. Several presidential decrees have been issued to support the implementation of these conventions. The European Court of Human Rights issued four judgments against Azerbaijan on Article 3 of the European Convention (prohibition of torture). In cases of Mammadov (Jalaloglu) v Azerbaijan dated 11 April 2007, Hummatov v Azerbaijan dated 29 November 2007, Muradova v Azerbaijan dated 2 April 2009 and Garayev v Azerbaijan dated 10 June 2010, the Court found the violation of Article 3 and acknowledged the facts of torture. The OSCE commitments with regard to the prohibition of torture include the Vienna Document of 1989, by which participating States undertook to prohibit and take effective measures to prevent and punish torture. The absolute nature of the prohibition against torture is further reflected in the Copenhagen Document of 1990 where it is stated that no exceptional circumstances whatsoever, whether a state of war or threat of war, internal political instability or any other public emergency, may be invoked as a justification of torture. In the Istanbul Charter of 1999, participating States further committed themselves to the eradication of torture and other cruel, inhumane or degrading treatment or punishment in the OSCE area.

8 We hope you will find this booklet useful and we welcome any questions or comments that you may have in order to improve it further. The OSCE Office in Baku will keep it up to date in view of any new developments. We believe that by releasing this booklet we will also contribute to preventing any forms of ill-treatment.

OSCE Office in Baku Rule of Law and Human Rights Department

9 I. PİS RƏFTAR VƏ ONUN FORMALARI

Pis rəftar işgəncə, döymə, təhqir, məişət və ailədaxili zora- kılıq, ləyaqəti alçaldan davranış və s. kimi hərəkətlər formasında ifadə olunan əməllərdir. Ümumi götürdükdə bu hərəkətlərə, demək olar ki, hər yerdə - məişətdə, ailədə, işdə, küçədə, həbs yerlərində, cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə və s. kimi yerlərdə rast gəlinə bilər. Bu hərəkətlər sırasında “işgəncə” ilə bağlı beynəlxalq Konvensiyalarda (beynəlxalq hüquqi aktlarda) bu Konvensiyalara qoşulmuş dövlətlərin üzərinə çox ciddi öhdəliklər qoyulub. Belə ki, beynəlxalq aktlarda yaşama hüququnun məhdudlaşdırılmasının nəzərdə tutulmasına (məsələn, müharibə dövründə qarşı tərəfin döyüşçülərinin öldürülməsi) baxmayaraq, işgəncə və ya pis rəftar istər müharibə, istərsə də sülh dövründə şərtsiz olaraq qadağan edilib. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı işgəncəni, pis və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Buna misal olaraq işgəncəyə həm şəxsiyyət əleyhinə cinayətlər, həm də sülh və insanlıq əleyhinə cinayətlər arasında yer verilməsini göstərə bilərik. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizam- naməsində də işgəncə həm insanlığa qarşı cinayət, həm də müharibə cinayətləri sırasında göstərilib. Eyni zamanda, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyaya və İnsan hüquq- larının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Kon- vensiyasına qoşulub və bu beynəlxalq aktlar da Azərbaycanın qanunvericilik sisteminə daxildir. Konvensiyanın tələblərinə görə dövlətlər aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər:

10 • Səlahiyyətli orqanlar işgəncə ehtimalı varsa, bunu araşdırmalı və müvafiq tədbirlər görməlidir; • İşgəncəyə məruz qalan şəxsin şikayət hüququ vardır və həmin şikayət dərhal təmin olunmalıdır; • Şəxs işgəncə nəticəsində ölərsə kompensasiya verilməlidir.

İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haq- qında Avropa Konvensiyasının “İşgəncələrin qadağan olun- ması” adlanan 3-cü maddəsində göstərilir ki, heç kəs işgən- cəyə, pis və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır.

İnsanla pis rəftarın qadağan olunması Azərbaycanın milli qanunvericilik aktlarında da əks olunmuşdur. Belə ki, cinayət qanunvericiliyində zorakılıq, hədələmək, şantaj, eləcə də, işgən- cələrin tətbiq olunmasını cinayət törətmənin vasitələri kimi müəyyən edilmişdir. Eyni zamanda Cinayət Prosessual Məcəl- ləsinin (CPM) 13-cü (Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi) maddəsində göstərilir ki, cinayət təqibi (cinayət hadisəsinin müəyyən edilməsi, cinayət törətmiş şəxsin ifşa olunması və ona qarşı ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir) gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Bunlarla yanaşı, “Polis haqqında” Qanunun 5-ci maddəsində (“İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti”) polisin hər hansı bir şəxslə insan ləyaqətini alçaldan şəkildə rəftar etməsinin yolverilməzliyi əks olunub. Eyni zamanda Cəzaların İcrası Məcəlləsinin 3-cü maddəsində deyilir ki, cəzaların icrası prosesində məhkumlarla rəftarda işgəncələrə, digər pis 11 hərəkətlərə və şəxsiyyətin alçaldılmasına yol verilməməlidir. Həmin Məcəllənin 10-cu maddəsində isə, məhkumların qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamaları və məhkumların onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməmələri göstərilib. Qeyd edək ki, eyni tələblər digər müvafiq qanunlarda da nəzərdə tutulur. Pis rəftarın təcrübədə nisbətən çox rast gəlinən formaları aşağıdakılardır:

1. İşgəncə Pis rəftarın növlərindən olan işgəncənin hansı tərkibdən ibarət olduğu, anlayışı müxtəlif konvensiya və qanunlarda öz əksini tapmışdır. Belə ki, istər Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsində, istərsə də İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasında işgəncə qadağan edilir, heç kimin işgəncəyə və ya qəddar, pis və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalı olduğu bildirilir. İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyasında İşgəncəyə anlayış verilmişdir:

İşgəncə - hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər deməkdir. 12 Cinayət Məcəlləsinin “İşgəncə” adlanan 113-cü maddə- sində tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə işgəncə hesab edilir və yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin “İşgəncə vermə” adlanan 133-cü maddəsinə görə, “mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” işgəncə hesab olunur və üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bunlarla yanaşı, Cinayət Məcəlləsinin 331.3-cü mad- dəsində (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. İşgəncə vermənin üsullаrındаn biri mütəmаdi оlаrаq döy- mədir. Burаdа mütəmаdilik döymənin üç və dаhа аrtıq dəfə törədilməsini göstərir. Işgəncə vermənin üsulu kimi sаir zоrаkı hərəkətlər dedikdə, insanı uzun müddət qidаdаn, sudаn, istilik- dən, sığınаcаqdаn məhrum etmə və yахud sаğlаmlığı üçün zərərli şərаitdə sахlаmа, hаbelə ona dəfələrlə və yа uzun müddət ərzində аğrılаr yetirmə (çimdikləmə, kəsib-dоğrаmа, küt və yа iti bаtıcı аlətlə çохlu, lаkin kiçik həcmli хəsаrətlər yetirmə, termiki fаktоr- lаrlа təsir etmə) və bunа охşаr digər hərəkətlər bаşа düşülməlidir. Nəzərə аlmаq lаzımdır ki, zərərçəkmişə intensiv və dаvаmlı təsir göstərən və bu zаmаn güclü fiziki аğrı və yа psiхi izti- rаblаr verən tək-tək zоrаkı hərəkətlər də (məsələn, dırnаğını çəkmə, qızdırılmış metаllа və yа elektrik cərəyаnı ilə yаndır- mа, sаçını yоlmа və s.) işgəncə vermə kimi qiymətləndirilə bilər.

13 İşgəncə elə bir hərəkətdir ki, onun nəticəsində sаğlаmlığа zərər vurmа bаş verə bilər. Məhkəmə-tibb eksperti işgəncəni mü- əyyən etmir, çünki bu, оnun səlаhiyyətinə аid deyildir, lаkin о, аşаğıdаkılаrı təyin etməlidir: а) хəsаrətlərin mövcud оlmаsını və хаrаkterini; b) хəsаrətlərin törənmə müddətləri аrаsındаkı fərqi; c) аləti və хəsаrətin yetirilmə üsulunun əlаmətlərini (tib- bi məlumаtlаrа görə). Şərh edilən mаddə üzrə məsuliyyətin yаrаnmаsı üçün döymə və yа sаir zоrаkı hərəkətlər zərərçəkmiş şəхsə güclü fiziki аğrı və yа psiхi (mənəvi) iztirаblаr yetirməlidir. Bu əməl çох zаmаn eyni vахtdа həm güclü fiziki аğrı, həm də psiхi iztirаblаr yetiril- məsi ilə хаrаkterik оlur. CM-in 133.2-ci mаddəsi işgəncə vermənin аşаğıdаkı hаllаrdа törədilməsini tövsifedici əlаmətlər (cinayət əməlinin əlamətlərinin Cinayət Məcəlləsində nəzərdə tutulan konkret cinayətin əlamətləri ilə uyğunluğu) kimi nəzərdə tutmuşdur: • iki və yа dаhа çох şəхsə qаrşı və yа girоv götürülən, yахud оğurlаnmış şəхsə qаrşı və yа sifаrişlə törədildikdə; • аşkаr surətdə hаmilə vəziyyətində оlаn qаdın bаrəsində törədildikdə; • bir qrup şəхs, qаbаqcаdаn əlbir оlаn bir qrup şəхs, mütə- şəkkil dəstə və yа cinаyətkаr birlik (təşkilаt) tərəfindən tö- rədildikdə; • təqsirkаr şəхs üçün аşkаr surətdə yetkinlik yаşınа çаtmа- yаn, hаbelə köməksiz vəziyyətdə оlаn şəхsə qаrşı törədil- dikdə; • zərərçəkmiş şəхsin хidməti vəzifəsini və yа ictimаi bоrcu- nu yerinə yetirməsi ilə əlаqədаr оnun özü və yа yахın qо- humlаrınа qаrşı törədildikdə. Şəхsdən (insandan) məlumаt аlmаq məqsədi ilə оnа işgən- cə vermə dedikdə, şəхsin mаlik оlduğu və yа mаlik оlmаsı ehti- mаl edilən hər hаnsı bir məlumаtı (cinаyət işi ilə əlаqədаr, kоm- mersiyа хаrаkterli, şəхsi хаrаkterli və s.) əldə etmək üçün оnun bаrəsində işgəncə kimi nəzərdə tutulmuş əməlin törədilməsi bаşа 14 düşülməlidir. Bu zаmаn zərərçəkmiş şəхsin həqiqətən həmin mə- lumаtа mаlik оlub-оlmаmаsının, hаbelə həmin məlumаtı vermə- yə bоrclu оlmаsının və yа оlmаmаsının əməlin tövsifi üçün heç bir əhəmiyyəti yохdur. Şəхsi etirаfа məcbur etmək məqsədi ilə оnа işgəncə vermə dedikdə, şəхsin hər hаnsı hüquq pоzuntusunu (cinаyəti, inzibаti хətаnı, intizаm хətаsını və yа mülki-hüquqi pozuntudan yaranan zərəri) törətdiyini bildirməsinə nаil оlmаq üçün оnun bаrəsində işgəncə kimi nəzərdə tutulmuş əməlin törədilməsi bаşа düşülmə- lidir. Bu zаmаn zərərçəkmiş şəхsin etirаfınа məcbur edildiyi hü- quq pоzuntusunu törədib-törətməməsinin əməlin tövsifi üçün əhəmiyyəti yохdur. Törətdiyi və yа törədilməsində şübhə dоğurduğu əmələ görə həmin şəхsi cəzаlаndırmаq məqsədi ilə оnа işgəncə vermə о hаldа mövcud оlаcаqdır ki, şübhəli şəхsə, təqsirləndirilən şəх- sə, məhkumа və yа bаrəsində rəsmi оlаrаq cinаyət təqibi bаşlаn- mаmış istənilən şəхsə qаrşı оnu qаnunvericilikdə nəzərdə tutulаn cinаyət-cəzа sistemindən kənаrа çıхılmаqlа cəzаlаndırmаq məq- sədi ilə işgəncə kimi nəzərdə tutulmuş əməl törədilmiş оlsun. Bu nоrmаnın mətnində öz qulluq mövqeyindən istifаdə et- mə dedikdə, təqsirkаrın öz vəzifə səlаhiyyətlərindən qаnunverici- liyə zidd оlаrаq istifаdə etməsi bаşа düşülür.

2. Qəsdən sağlamlığa ağır zərər vurma Cinayət Məcəlləsinin 126-cı maddəsinə görə, qəsdən sağlamlığa ağır zərər vurma aşağıdakı hərəkətləri nəzərdə tutur: • insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsi; • psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi; 15 • hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi

Bu cür hərəkətlərə görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Eyni əməllər: • iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; • zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə, xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə; • ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cür əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda isə, yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

3. Qəsdən sağlamlığa az ağır zərər vurma Bu cinayət əməli Cinayət Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulub. Burada göstərirlir ki, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığa ağır zərər yetirmə ilə bağlı nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma kimi əməllər başa düşülür. 16 Bu cinayətə görə iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Əgər belə əməllər zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədilərsə, yaxud xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilərsə, yaxud ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədilərsə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə törədilərsə, beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

4. Özünü öldürmə həddinə çatdırma Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada amansız rəftar dedikdə, təqsirkarın zərərçəkmiş şəxsi döyməsi, ona işgəncə verməsi, onu ac, susuz, paltarsız qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi və s. aid edilə bilər. Zərərçəkmiş şəxsin ləyaqətini mütəmadi olaraq alçaltma dedikdə, onu təhqir etmə, söymə, məsxərəyə qoyma, ona böhtan atma, onun haqqında rüsvayedici məlumatlar yayma və s. başa düşülür. Hədə-qorxu gəlmə zərəçəkmiş şəxsi maddi və ya sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla və s. hədələmədə ifadə oluna bilər. 17 Bu cinayət üzrə maddi asılılıq dedikdə, zərərçəkmiş şəxsin təqsirkarın tam və ya qismən himayəsində olması, ondan maddi yardım alması (məsələn, uşaqların valideynlərdən asılılığı) və s. başa düşülür. Xidməti asılılıq dedikdə, işçinin müdriyyətdən, tabeçilikdə olan şəxsin rəisdən asılılığı başa düşülür. Sair asılılıq dedikdə isə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür (məsələn, müəllimlə tələbə, faktiki münasibətdə olan kişi ilə qadın arasında asılılıq və s.).

5. Döymə Döymə cinayət əməli kimi Cinayət Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulub. Bu maddəyə görə, “döymə” dedikdə, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb оlmayan zorakı hərəkətlərlə fiziki ağrı yetirmə başa düşülür. Bu hərəkətə görə iki yüz manatadək miqdarda cərimə вə ya iki yüz qırх saatadək müddətə ictimai işlər вə ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum еtmə cəzası nəzərdə tutulur. Döymə dəfələrlə, çохlu zərbələrin yеtirilməsi ilə şəхsə fiziki ağrıların yеtirilməsi ilə хaraktеrizə оlunur. Burada sair zоrakı hə- rəkətlər dеdikdə, zərərçəkmiş şəхsə tək-tək zərbələrin vurulması, оnun çimdiklənməsi, qоlunun burulması, badalaq vеrilərək yıхıl- ması, müхtəlif əşyalardan, habеlə bitki (məsələn, gicitkandan, ti- kanlı bitkilərdən və s.) və hеyvanlardan (itdən, arıdan və s.) isti- fadə еtməklə оna qarşı digər ağrıvеrici hərəkətlər еdilməsi başa düşülməlidir. Əgər döymədən sоnra zərərçəkmiş şəхsin bədənində хəsarət qalarsa, оnların ağırlıq dərəcəsi adi əlamətlərə görə təyin еdilir. Əgər döymədən sоnra zərərçəkmişin bədənində hər hansı bir хə- sarət izi (əlaməti) qalmırsa, məhkəmə-tibb еkspеrti öz rəyində zə- rərçəkmişin şikayətini qеyd еdir, göstərir ki, хəsarətin оbyеktiv əlaməti yохdur və bədən хəsarətinin ağırlıq dərəcəsini təyin еt- 18 mir. Bеlə hallarda döymə faktını təyin еtmək təhqiqat оrqanları- nın, ibtidai istintaqın, prоkurоrluğun və məhkəmənin səlahiyyəti- nə aiddir. Cinayətin mоtivi (cinayət edənin məqsədi) tövsif (əməlin konkret maddə üzrə cinayət hesab edilməsi) üçün zəruri əhəmiy- yətə malik оlmasa da, bu, çох vaхt qısqanclıq, nifrət, qisas və sa- irdə ifadə оlunur.

6. Təhqir Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, “təhqir” cinayəti kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmadır. Bu cinayətə görə üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Şərəf və ləyaqətin alçaltma hərəkətləri şifahi, yazılı, bədən hərəkətləri ilə və s. formalarda həyata keçirilə bilər. Şifahi formada şərəf və ləyaqəti alçaltma söyməklə, nalayiq söyüşlər söyləməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. formalarda törədilə bilər. Şərəf və ləyaqətin yazılı formada alçaldılması məktubla, hər hansı müraciətlərdə (ərizə, şikayət və ya təklifdə) və s. ifadə oluna bilər. Hərəkətlərlə şərəf və ləyaqəti alçaltma üzünə sillə vurmaqla, mimikalarla, jestlərlə, başqa şəxsi mənfi cəhətdən yamsılamaqla və s. hərəkətlərlə edilə bilər. Şərəf və ləyaqəti alçaldan hərəkətlər konkret şəxsin iştirakı olmadan da törədilə bilər. Burada mühüm cəhət odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş olunan əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun.

19 7. İfadə verməyə məcbur etmə Cinayət Məcəlləsinin 293-cü maddəsinə əsasən, prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə verməyə, habelə eksperti rəy verməyə məcbur etsə, üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər işgəncə verməklə törədildikdə, beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Burada hədələmə dedikdə, dindirilənin barəsində onun üçün hansısa xoşagəlməz və arzuolunmaz nəticələrin olacağı kimi qorxutmanın müxtəlif formaları başa düşülür. Şantaj dedikdə, dindiriləni onu ləkələyəcək hansısa əməllərin və sənədlərin elan ediləcəyi hədəsi ilə qorxutma başa düşülür. Ləyaqəti alçaltma dedikdə, dindirilən şəxsə münasibətdə həyasız, ədəbsiz xarakterli, insanı hörmətdən salan, təhqir edən hərəkətlər etmə başa düşülür. Digər qanunsuz hərəkətlər dedikdə, iş üzrə müvafiq məlumatları dindiriləndən almaq məqsədi ilə onun barəsində edilən müxtəlif əxlaqsız və qanunazidd hərəkətlər başa düşülür.

20 II. PİS RƏFTARA MƏRUZ QALDIQDA NƏ ETMƏLİ?

Əvvəlki fəsildə qeyd etdiyimiz kimi pis rəftarla, demək olar ki, hər yerdə - adi həyatda, (ailədə, məişətdə, iş yerində, ictimai yerlərdə və s.), polisdə və digər hüquq-mühafizə orqanlarında, hərbi hissələrdə, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, həbsxanalarda və s. yerlərdə qarşılaşmaq mümkündür.

Bəs pis rəftara məruz qaldıqda nə etməli? Əgər pis rəftara adi həyatda - ailədə, məişətdə, iş yerində, ictimai yerlərdə, küçədə və s. bu kimi yerlərdə məruz qalınarsa, onda aşağıdakı addımların atılması məsləhət görülür: ¾ İlkin olaraq pis rəftarın baş verdiyi ərazi üzrə müvafiq polis orqanına (polis sahə məntəqəsinə, polis bölməsinə və ya polis idarəsinə) yazılı ərizə ilə müraciət edilir (ərizənin forması “Əlavələr” bölməsində verilib). ¾ Əgər müraciətin yazılı formada təqdim edilməsi zərərçəkən üçün çətindirsə, və ya həmin şəraitdə mümkün deyildirsə, belə halda müraciət şifahi də verilə bilər. Müraciət şifahi verildikdə müraciəti qəbul edən polis əməkdaşı onu rəsmiləşdirməlidir. ¾ Pis rəftarla bağlı polisə müraciətlə yanaşı həmin ərazi üzrə prokurorluq orqanına da məlumat verilməsi məqsədəuyğundur. Bu müraciət həmin işin prokurorluğun nəzarətində saxlanması məqsədini daşıyır. ¾ Pis rəftarla bağlı hərəkətlər zərərçəkənə qarşı fiziki zorakılıqda ifadə olunmuşdursa və bunun nəticəsində zərərçəkənin bədənində xəsarətlər yaranmışdırsa, belə halda işin araşdırılmasını aparan təhqiqatçı və ya

21 müstəntiqin qərarı ilə zərərçəkən tibbi müayinədən keçmək üçün məhkəmə - tibbi ekspertizadan keçirilir. ¾ Əgər təhqiqatçı və ya müstəntiq tərəfindən zərərçəkənin tibbi müayinədən keçməsi üçün zəruri tədbirlər görülmürsə, belə halda zərərçən özü tibbi müayinədən keçirilməsi üçün həmin şəxslərə yazılı müraciət etməlidir. Bu da müsbət nəticə verməzsə, onda həmin şəxslərin tabe olduqları vəzifəli şəxslərə və ya orqana ərizə ilə müraciət edilə bilər. (ərizənin forması “Əlavələr” bölməsində verilib). Həmin şəxslərin qanunazidd hərəkətlərindən işin araşdırıldığı ərazi üzrə yerli məhkəməyə də müraciət edilə bilər. ¾ Pis rəftarla bağlı zərərçəkən polisə müraciət edənədək (və ya araşdırma başlananadək) o öz təşəbbüsü ilə bədən xəsarətlərinin müayinəsi ilə bağlı tibbi müayinədən keçə bilər. Belə halda bu cür müayinə ona şəraitdən və vaxtdan asılı olaraq tibbi yardım göstərmiş təcili tibbi yardım, zərərçəkənin yaşadığı ərazi üzrə poliklinika və ya digər tibbi xidmət müəssisəsi tərəfindən aparılır. Bu barədə müvafiq tibbi arayış işi araşdıran təhqiqatçıya, müstəntiqə və ya orqana təqdim edilə bilər. Nəzərə almaq lazımdır ki, bu cür tibbi müayinədən keçmə sonradan zərərçəkənin məhkəmə-tibbi ekspertizadan keçməsini istisna etmir. Qeyd edək ki, əgər pis rəftara;

¾ Polisdə və ya digər hüquq mühafizə orqanlarında, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisə- lərində, həbsxanalarda məruz qalınarsa; Əgər pis rəftar; ¾ Dövlət orqanlarının vəzifəli şəxsləri (nazirliklərin, komitələrin, yerli icra hakimiyyətinin vəzifəli şəxsi və s.) tərəfindən edilərsə; 22 ¾ Özünü öldürmə həddinə çatdırmada (CM-nin 125-ci maddəsi) və ya zərəçəkmişin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada (CM-nin 126.3-cü maddəsi) ifadə olunursa; Onda pis rəftarın baş verdiyi ərazi üzrə prokurorluq orqanına müraciət edilir. Prokurorluğa müraciətin qaydaları polisə müraciətlə bağlı yuxarıda göstərilən qaydalara uyğun olaraq aparılır. Bununla yanaşı, onu da qeyd edək ki, pis rəftara dövlət orqanlarında məruz qaldığınız halda, prokurorluğa müraciətlə yanaşı, bu barədə pis rəftara məruz qaldığınız qurumun rəhbərliyinə (rəisinə) və həmin qurumun tabe olduğu yuxarı orqana da müraciət etmək zəruridir. Qeyd edək ki, qanunvericlikdə pis rəftarın baş verdiyi vaxtdan hansı müddətə şikayətin verilməsinə dair konkret tələb müəyyən edilməyib. Lakin təcrübədən çıxış edərək onu demək olar ki, bu cür hallarda pis rəftara məruz qalmış şəxsin dərhal müraciət etməsi məqsədəuyğundur.

Pis rəftarın baş verdiyi yerə və hala müvafiq olaraq ərizədə aşağıdakılar göstərilməlidir: • Müraciət olunan orqanın (polis və ya prokurorluq) adı; • Müraciət edənin adı, soyadı, atasının adı və ünvanı; • Pis rəftarın baş verdiyi yer və vaxt; • Pis rəftara yol vermiş şəxsin və ya qurumun adı; • Pis rəftarın konkret və hərtərəfli təsviri (kim tərəfindən, necə, hansı formada və s.) • Ərizəçinin tələbi. Ərizə imzalanmalı və tarix göstərilməlidir.

Bütün bunlarla yanaşı, onu da qeyd etmək zəruridir ki, pis rəftarla qarşılaşdıqda (xüsusilə polisdə və ya digər hüquq 23 mühafizə orqanlarında, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, həbsxanalarda), bu barədə müvafiq orqanlara (və ya vəzifəli şəxslərə) müraciətlərlə yanaşı, vəkilin də (vəkillə təmin edildikdə) dərhal məlumatlandırılması vacibdir. Bunlardan başqa, pis rəftarla bağlı Azərbaycan Respublika- sının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) də müraciət etmək zəruridir. Eyni zamanda insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən dövlət orqanlarına və qeyri-hökumət təşkilatlarına da müraciət etmək məqsədəuyğundur. (Pis rəftarla bağlı müraciət ediləcək qurumların siyahısı “Əlavələr” bölməsində verilib). Əgər pis rəftarla bağlı ölkədaxili hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən hüquqlar bərpa olunmazsa, o halda İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin tələbinin pozulmasını əsas gətirərək Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilə bilər. Qeyd edək ki, artıq Azərbaycanla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Konvensiyanın 3-cü maddəsinin (işgəncələrin qadağan olunması) pozuntusuna dair 4 qərar, 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusuna dair isə 1 qərar qəbul edilib. (Bu qərarlardan 3-nün xülasəsi “Əlavələr” bölməsində verilib). Təcrübədə indiyədək pis rəftarla cinayət təqibi gedişində, istintaq təcridxanalarında və cəzaçəkmə yerləri ilə yanaşı məişətdə də daha çox rast gəlinir. Lakin bütün hallarda pis rəftara dair müraciətlərin verilməsi və baxılması qaydaları eynidir. Belə ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunda göstərilir ki, məişət zorakılığı barədə şikayətdə cinayət əməli haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır. Cinayət Prosessual Məcəlləsinə (CPM) görə, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün

24 təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. Cinayət təqibi gedişində heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz, insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz, ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz (CPM-nin 13-cü maddəsi). Bununla yanaşı, yadda saxlamaq lazımdır ki, CPM-in 15-ci maddəsi ilə cinayət təqibi gedişində aşağıdakılar qadağan edilir: • işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək; • uzun sürən və ya kəskin fiziki iztirabla, yaxud səhhətin müvəqqəti pozulması ilə müşayiət olunan eksperimentlərdə və ya digər prosessual hərəkətlərdə iştiraka cəlb etmək, habelə buna bənzər hər hansı digər sınaqlar keçirmək; • zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq. Bunlardan başqa, həmin Məcəllənin 19-cu maddəsində göstərilir ki, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: • tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək;

25 • hüquqlarını izah etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq, onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək; • şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. Qeyd edək ki, Cəzaların İcrası Məcəlləsində (CİM) də pis rəftar yolverilməz hesab edilir. Burada göstərilir ki, cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər. Həmin Məcəllədə məhkumların bir sıra hüquqları ilə yanaşı, aşağıdakı hüquqları da nəzərdə tutulub: • cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək; • ictimai faydalı əməklə məşğul olmaq, idmanla məşğul olmaq, istirahət etmək; • pensiya və ya sosial müavinət almaq, ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq; • öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq; • hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək; • cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək; 26 • dini ayinlərin icra edilməsində iştirak etmək; • hüquqi yardım almaq, psixoloji yardım almaq, təhsil almaq və peşə hazırlığı keçmək;

Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, qanunvericilik istənilən halda insanla pis rəftarın hər hansı formasını qadağan edir və ona qarşı müvafiq tədbirlər (hüquqi vasitələr) nəzərdə tutur. Qanunvericiliyin bu imkanlarından faydalanmaq üçün isə, maariflənmək və hüquqların bərpası sahəsində fəallıq göstərmək zəruridir.

27 ƏLAVƏLƏR

28 Ərizə forması

_______________________________________ (müraciət olunan dövlət orqanının adı)

_______________________________tərəfindən (müraciət edənin adı, soyadı, atasının adı)

________________________________________ (müraciət edənin ünvanı)

ƏRİZƏ

____________________________________________________ (müraciətin konkret və əhatəli təsviri) ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ___________________________________________________

Yuxarıda göstərilənlərlə bağlı müvafiq tədbir görməyinizi xahiş edirəm.

İmza: Tarix:

29 Ərizə forması

_______________________________________ (müraciət olunan təhqiqatçı, müstəntiq və ya orqan)

_______________________________tərəfindən (müraciət edənin adı, soyadı, atasının adı)

________________________________________ (müraciət edənin ünvanı)

ƏRİZƏ

____________________________________________________ (fiziki zorakılığın və bədən xəsarətlərinin konkret və detallı təsviri) ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________ ____________________________________________________

Yuxarıda göstərilənləri nəzərə alaraq, bədənimdəki xəsarətlərin tibbi müayinəsi üçün məhkəmə-tibb ekspertizadan keçirilməyimi xahiş edirəm.

İmza: Tarix: 30 Ərizə nümunəsi

Binəqədi rayon prokurorluğuna1

Bağırov Akif Məmməd oğlu tərəfindən (Ünvan: Bakı şəhəri, İ. Dadaşov küçəsi 15)

ƏRİZƏ

Mən, 11 oktyabr 2010-cu il tarixdə yaşadığım ərazidə baş vermiş cinayət hadisəsi ilə bağlı Binəqədi rayon polis idarəsinə çağırılmışam. Burada polis idarəsinin müstəntiqi Arzuman İsmiyev mənə bildirdi ki, bizdə məlumat var ki, həmin cinayəti sən törətmisən. Ona görə də bu cinayəti törətməyin barədə izahat yazmalısan. Mən buna etiraz edərək həmin cinayəti törətmədiyimi, yaşadığım ərazidə bir nəfərin vəhşicəsinə döyülməsi barədə sadəcə məlumatım olduğunu söylədim. O isə dedi ki, sən bu cinayəti öz boynuna xoşluqla almasan məcburən alacaqsan. Mən növbəti dəfə etiraz etdikdə o otağa cüssəli, idmançı körkəmli iki nəfər çağırdı. A. İsmiyev onlara məni göstərərək dedi ki, aparın bunu başa salın. Onun bu komandasından sonra həmin şəxslər mənim qollarımı buraraq, ağzımı əlləri ilə yumub yarıqaranlıq və soyuq zirzəmiyə gətirdilər. Burada həmin şəxslər tərəfindən mənə işgəncələr verildi. Belə ki, başıma qara sellofan torba keçirib qollarımı bağlayaq rezin dəyənəklə kürəyimə, baldırlarıma və ayaqlarımın altına vurmaqla təxminən bir saat ərzində döydülər. Bu işgəncələrdən mən huşumu itirdim və ayılanda gördüm ki, təkadamlıq darısqal bir otaqdayam.

1 Bu hissədə verilən ünvanlar, qurumların və şəxslərin adları şərti göstərilib. 31 Mənə qarşı bu cür işgəncələrlə bağlı həmin polis idarəsinin rəisinə müraciət etsəm də bunun heç bir nəticəsi olmadı. Eyni zamanda tibbi ekspertizadan keçirilməyimə dair müraciətim də rədd edildi. Bundan iki gün sonra məni sərbəst buraxdılar. Mən 13 oktyabr 2010-cu il tarixdə müayinə və aldığım xəsarətlər üzrə müalicə üçün yaşadığım ərazidəki poliklinikaya müraciət etmişəm. Müayinənin nəticələri üzrə tibbi arayış almışam (tibbi arayış ərizəyə əlavə edilib). Yuxarıda göstərilənlərlə bağlı Sizə müraciət edərək xahiş edirəm ki, bu barədə qanuna müvafiq tədbir görəsiniz.

Ərizəyə əlavə edilir: 1. Tibbi arayış – 1 vərəqdə

İmza: Bağırov Akif Məmməd oğlu

14 oktyabr 2010-cu il.

32 Nəsimi Rayon Polis İdarəsinə

Əliyeva Şəfiqə Abbas qızı tərəfindən (Ünvan: Bakı şəhəri, Azadlıq prospekti 72)

ƏRİZƏ

Mən, Əliyeva Şəfiqə Abbas qızı 1993-cü ildə Əliyev Eldar Zeynal oğlu ilə ailə qurmuşam. İki övladımız var. Həyat yoldaşım işsizdir, mən özüm uşaq bağçasında tərbiyəçi işləyirəm. Həyat yoldaşım 2009-cu ilin yanvar ayınadək tikinti şirkətlərindən birində iş icraçısı işləyirdi. Lakin 2009-cu ilin yanvarında işdən çıxarıldı və bu ona çox pis psixoloji təsir göstərdi. Bundan sonra içkiyə qurşanıb və hər gecə evə sərxoş vəziyyətdə gəlir, məni və uşaqlarımı müntəzəm olaraq döyür. Güman edirdim ki, o, bu hərəkətlərinə müəyyən müddətdən sonra son qoyacaq. Lakin bu belə olmadı. 26 noyabr 2010-cu il tarixdə həyat yoldaşım məni və uşaqlarımızı vəhşicəsinə döyərək müxtəlif fiziki və mənəvi əzablar vermişdir. Belə ki, axşam işdən gec gəldiyimə görə şam yeməyini bir qədər gec hazırlamışdım. Ərim evə təxminən saat 20.00 radələrində yenə də sərxoş vəziyyətdə gəldi. Yemək istədikdə mən hələ hazır olmadığını dedim. Bunu eşidəndə o əsəbiləşdi və məni müxtəlif söyüşlərlə təhqir etməyə başladı. Daha sonra üzümə və bədənimin digər nahiyələrinə əvvəlcə əl və ayaqla, daha sonra isə, əlinə keçən dəmir parçası ilə güclü zərbələr vurmağa başladı. Mən özüm xəstəyəm. Bir il olar ki, böyrəklərimdən biri əməliyyat edilərək çıxarılmışdır. Hirsi soyumayan yoldaşım daha sonra 13 yaşlı qızımı və 9 yaşlı oğlumu da döyməyə başladı. Ona mane olmaq istəyəndə ərim mətbəxdən bıçağı götürərək bədənimin müxtəlif yerlərini yaralamaqla mənə dəhşətli əzablar verməyə başladı. Bundan sonra ağrıdan huşumu itirdim. Özümə

33 gələndə artıq xəstəxanada idim. Məni xəstəxanaya səs-küyə gələn qonşularımız çatdırmışdı. Ərimin bu hərəkətləri nəticəsində sağ qolum sınmış, bədənimin müxtəlif yerlərində qançırlar və digər ağır xəsarətlər əmələ gəlmişdir. Bundan başqa, qızımın da sağ qolu sınmışdır. Bununla bağlı xəstəxanadan polisə məlumat verilib. Bu xəsarətlərlə bağlı hazırda müalicə olunduğumuz xəstəxanadan müvafiq tibbi arayış da var. Hadisə ilə bağlı qonşularımız da məlumat verə bilərlər. Yuxarıda deyilənləri nəzərə alaraq sizdən qanuna müvafiq tədbirlər görməyinizi xahiş edirəm.

İmza Əliyeva Şəfiqə Abbas qızı

28 noyabr 2010-cu il.

34 Mingəçevir şəhər prokurorluğuna

Əliyev İkram Səttar oğlu tərəfindən (Ünvan: Mingəçevir şəhəri, Müslüm Maqomayev küçəsi 12, mənzil 9)

ƏRİZƏ

20 noyabr 2010-cu il tarixdə işdən evə yenicə gəlmişdim. Saat 19.45 idi. Qəfildən qapı döyüldü. Qapını açdıqda içəri iki polis zabiti daxil oldu. Onlar özlərini təqdim etmədən mənim Mingəçevir şəhər polis idarəsinə getməli olduğumu bildirdilər. Mən onlardan kim olduqlarını və mənim polis idarəsinə çağırılmağım haqqında hər hansı sənədin olmasını, polisə nəyə görə getməli olduğumu soruşduqda mənə kobud şəkildə hər şeyin orada başa salınacağını dedilər. Mən polis idarəsinə getməyə etiraz etsəm də, onlar buna məhəl qoymayaraq ailə üzvlərimin gözü qabağında mənim qollarımı buraraq aparmağa başladılar. Lakin mən davamlı müqavimət göstərdiyimdən onlar əvvəlcə məni yumruqlamağa, sonra isə, rezin dəyənəklə qarın və baldır nahiyələrimə zərbələr vuraraq məni yerə yıxdılar. Daha sonra qollarımdan tutub məni evdən bloka çıxardılar. Blokda mən ayağa duraraq yenidən müqavimət göstərməyə başladım. Bu dəfə polislər daha sərt davranaraq rezin dəyənəklə başıma, ayaqlarıma vuraraq sürüyüb həyətdəki polis maşınına mindirdilər və şəhər polis idarəsinə gətirdilər. Polis idarəsində mənə bildirdilər ki, ötən həftə şəhərdə keçirilmiş icazəsiz mitinqdə iştirak edərək kütləvi iğtişaşların törədilməsində iştirak etmisən. Lakin mən həmin gün ümumiyyətlə şəhərdə olmadığımı bildirsəm də, buna məhəl qoymadılar və məni yenidən rezin dəyənəklə döydülər. Bundan sonra halım pisləşdi və polislər bundan qorxuya düşərək təcili

35 tibbi yardım çağırdılar. Mənə tibbi yardım göstərən həkimlər bildirdilər ki, aldığım xəsarətlərlə bağlı uzunmüddətli müalicə keçməsəm vəziyyətim daha pis ola bilər. Belə olan halda məni polis idarəsindən sərbəst buraxdılar və hazırda evimdə müalicə olunuram. Sizə müraciət edərək xahiş edirəm ki, polisin mənimlə bu cür qanunsuz hərəkətləri və mənim aldığım xəsarətlər üzrə təkrar müayinə olunmağım barədə qanunla nəzərdə tutulan tədbirlər görəsiniz.

İmza: Əliyev İkram Səttar oğlu

23 noyabr 2010-cu il

36 Salyan rayon prokurorluğuna

Qasımov Arif Zəlimxan oğlu tərəfindən (Ünvan: Bakı şəhəri, Həsən Əliyev 19, ev 5)

Ərizə

Mən, Qasımov Arif Zəlimxan oğlu Yasamal rayon məhkəməsinin 25 dekabr 2009-cu il tarixli hökmü ilə oğurluqda təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrum edilmişəm. Cəzamı Salyan şəhərinin Xələc qəsəbəsindəki cəzaçəkmə müəssisəsində çəkirəm. Mən bura gələndən həbsxana nəzarətçiləri və həbsxananın rəisi Bayramov M. tərəfindən müxtəlif təzyiqlərə məruz qalıram. Belə ki, ilk dəfə yaxınlarımla görüşmək üçün məndən 200 manat pul istənildi. Mən isə pulu vermədim və bu barədə Ədliyyə Nazirliyinə şikayət etdim. Bu səbəbdən müəssisə rəhbərliyinin mənə qarşı münasibəti olduqca pisləşdi. Bu yaxınlarda isə həbsxana rəisi məhkumlardan öz evinin təmirində istifadə etmək istəyirdi. Usta olduğumdan mən də işləməli idim. Lakin mən buna etiraz etdim və rəisin evinin təmirində iştirak etmədim. Bu hadisədən iki gün sonra 21 sentyabr 2010-cu ildə həbsxana nəzarətçiləri tərəfindən işgəncələrə məruz qaldım. Belə ki, gecə saat 10.00-da kamerada hamı yatmışdı. Bu zaman qapı açıldı və nəzarətçilər Osmanov P. və Əzizov F. məni oyatdılar və onlarla getməyi əmr etdilər. Mən əmrə tabe olaraq onlarla getdim. Nəzarətçilər məni müəssisənin anbarına apardılar. Anbara daxil olan həbsxana nəzarətçilərinin rəhbəri Rəhimov Z. mənə özümü yaxşı aparmadığımı söylədi. Sözünü deyib qurtaran kimi nəzarətçilərdən biri kürəyimə arxadan dəyənəklə vurdu. Digəri də ona qoşuldu. Məni döyərkən onlar məni və ailəmi ağır nalayiq söyüşlərlə təhqir edirdilər. Bu zaman mən də onları söydüm. Özündən çıxan nəzarətçilər mənə dəhşətli işgəncələr 37 verməyə başladılar və sol əlimin iki barmağını sındırdılar. Bununla kifayətlənməyən nəzarətçilər ayaqlarımın altına zərbələr vurmağa başladılar. Kəskin ağrılardan huşumu itirdim və bu səbəbdən daha sonra baş verənlərdən heç nə yadımda deyil. Ayıldıqda karserdə olduğumu bildim. Burada qaldığım 3 gün ərzində mənə yemək verilmir, gündə bir dəfə içilməsi mümkün olmayan su verilirdi. 3 gündən sonra mən artıq ölmək üzrə idim. Bunu görən nəzarətçilər öləcəyimdən qorxub məni karserdən çıxardılar. Hal-hazırda vəziyyətim çox ağırdır. Baş verən hadisədən xəbər tutan yaxınlarım çox böyük çətinliklə mənim Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə köçürülməyimə nail olublar. Elə ərizəni də müalicə olunduğum yerdən yazıram. Sizə müraciət edərək bu özbaşınalıqla bağlı qanunla nəzərdə tutulan müvafiq tədbirlər görmənizi xahiş edirəm.

İmza: Qasımov Arif Zəlimxan oğlu

30 senyabr 2010-cu il

38 AVROPA İNSAN HÜQUQLARI MƏHKƏMƏSİNİN PİS RƏFTARA DAİR AZƏRBAYCANLA BAĞLI QƏRARLARININ XÜLASƏSİ.

1. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” işi üzrə 34445/04 saylı, 11 aprel 2007-ci il tarixli Qərarın xülasəsi

Siyasi fəaliyyətində Sərdar Cəlaloğlu kimi tanınan Məmmədov Sərdar Cəlal oğlu 15 noyabr 2003-cü ildə keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayan Azərbaycan De- mokrat Partiyasının Baş katibi olmuşdur. 16 oktyabr 2003-cü ildə prezident seçkilərinin qanunsuz keçməsinə etiraz edən insanlar Azadlıq Meydanında mitinq keçirmiş, aksiya iştirakçılarına güc tətbiq edən polis aksiyanı dağıtmışdır. Məmmədov özü bu mitinqdə iştirak etməmişdir. 18 oktyabr 2003-cü il tarixdə, axşam saat 6 - 7 radələrində maskalı və Kalaşnikov markalı avtomatlarla silahlanmış bir neçə polis nəfəri onun evinə gəlmiş, qapının açılmasını tələb etmişlər. Ərizəçinin qapını açmasını gözləmədən, onların üçü və ya dördü mənzilə pəncərədən daxil olmuşlar. Həbs haqqında qərar, yaxud digər sənəd olmadan polis əməkdaşları onu və onun qonağını — N.C. adlı şəxsi qandallamışlar. Bundan sonra polis əməkdaşları onları mənzildən sürükləyib çıxararaq, polis maşınına mindir- mişlər. Ərizəçi və N.C. adlı şəxs Daxili İşlər Nazirliyinin Mütə- şəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (bundan sonra «MCQMİ») aparılmışlar. Bundan sonra ərizəçi MCQMİ-nin otaqlarından birində təxminən dörd saat ərzində qandallı vəziyyətdə saxlanılmışdır. Ərizəçinin vəkili oraya gələrək, ərizəçinin həbsinin səbəblərini öyrənməyə cəhd göstərdikdə, MCQMİ-nin rəisi ona səbəblərin ertəsi gün deyiləcəyini bildirmişdi.

39 Həmin gün ərizəçi müvəqqəti saxlama yeri kimi istifadə olunmuş MCQMİ-nin binasının zirzəmisinə yerləşdirilmişdir. Orada saxlama yerinin rəhbərinin otağında ərizəçiyə bir neçə polis əməkdaşının qarşısında lüt soyunmaq əmr olunmuşdu. Polis əməkdaşları onun bədəninə baxış keçirərək xəsarət alıb-alma- mağını yoxlamış, heç bir xəsarət müşahidə olunmamışdır. Bun- dan sonra o, növbəti günün səhərinədək iki digər saxlanılan şəxslə birgə kamerada saxlanmışdır. Ertəsi gün, 19 oktyabr 2003-cü il tarixdə saat 12:00 ilə 13:00 arasında ərizəçi Baş Prokurorluğun İstintaq İdarəsinə aparılaraq, vəkilin iştirakı ilə dindirilmişdir. Dindirmədən sonra ona 16 oktyabr 2003-cü il tarixli hadisələrdə iddia edilən “kütləvi iğtişaşların təşkili” və “dövlət rəsmilərinə qarşı zorakılıqdan istifadə olunması” ilə bağlı ittiham elan olunmuşdur. Ərizəçinin dediyinə görə, o, MCQMİ-yə aparılarkən və polisdə saxlanılması zamanı pis rəftara məruz qalması barədə müstəntiqə şifahi şəkildə bildirmişdir. Həmin gün saat 16.00-da Nəsimi rayon məhkəməsi ərizə- çinin barəsində üç ay müddətinə həbs qətimkan tədbirinin seçil- məsi haqqında qərar vermişdir. Bu qərar Apellyasiya Məhkəmə- sinin 28 oktyabr 2003-cü il tarixli qərarı ilə qüvvədə saxlanıl- mışdır. Ərizəçi Nəsimi rayon məhkəməsindən MCQMİ-yə geri aparılaraq, orada 22 oktyabr 2003-cü il tarixədək həmin kame- rada digər iki şəxslə birgə saxlanmışdır. 19 oktyabr 2003-cü il tarixdə saat 18 radələrində ərizəçi MCQMİ-nin rəis müavininin otağına aparılmış və orada ona bildirilmişdir ki, onunla “əlavə dindirmə” keçirəcəklər. Ərizəçi ittiham elan edildikdən sonra polisin onu dindirməyə səlahiy- yətinin olmadığını əsas gətirərək, dindirmənin aparılmasına etiraz etmişdir. Təxminən saat 22-yə qədər davam etmiş dindirmə onun üzv olduğu siyasi partiyanın fəaliyyəti ilə bağlı sualları əhatə etmişdir.

40 Ərizəçinin dediyinə görə, dindirmə zamanı o, iki maskalı polis əməkdaşı tərəfindən dabanından dəyənəklə vurulmaqla və digər şəkildə pis rəftara məruz qalmışdır. 16 oktyabr 2003-cü il tarixdə baş vermiş iğtişaşların təşkilində ərizəçinin rolu ilə bağlı onun barəsində başlanmış cinayət işinə gəldikdə isə, 22 oktyabr 2004-cü il tarixdə o, məhkəmə tərəfindən 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi özü 16 oktyabr 2003-cü il tarixdə Azadlıq meydanında olmasa da, o, kütləvi iğtişaşların təşkilatçılarından biri olmaqla, öz tərəfdaşlarına partiyanın qərargahından göstərişlər vermişdir. 2005-ci ilin mart ayında ərizəçi Azərbaycan Respublikası Prezidentinin əfv fərmanı ilə cəzasının qalan hissəsinin çəkilməsindən azad edilmişdir. Məmmədov ölkədaxili bütün hüquqi vasitələrdən istifadə etdikdən sonra 17 senyabr 2004-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni icraata götürmüş və 11 yanvar 2007-ci il tarixli Qərarı ilə Məmmədovun “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haq- qında” Konvensiyanın 3 və 13-cü maddələrində əksini tapmış hüquqlarının pozulmasını tanımışdır. Konvensiyanın “İşgəncə- lərin qadağa olunması” adlı 3-cü maddəsində göstərilir: Heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya məruz qalmamalıdır. Konvensiyanın “Səmərəli hüquqi müdafiə vasitələri hüququ” adlı 13-cü maddəsində deyilir: Bu Konven- siyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi vasitələrinə malikdir. Qərarda aşağıdakılar xüsusilə vurğulanır: 1. Ərizəçi 16 oktyabr 2003-cü il tarixli hadisələr zamanı Azadlıq Meydanında olmadığı və ona görə də orada onun xəsarət almasının mümkün olmadığı barədə dövlət qurumları və məh- kəmə qarşısında davamlı olaraq israr etmişdir. Lakin araşdırma zamanı dövlət qurumları bunun təkzib edilməsi üçün heç bir

41 addım atmamışlar. Heç bir təsdiqləyici sübut təmin etmədən ərizəçinin onun həbs olunmasından əvvəl xəsarət alması ehtimalı özündə Hökumət tərəfindən təqdim olunası kifayət və inandırıcı izahatı təşkil etmir. Bundan başqa, ərizəçinin aldığı xəsarətə — küt alətlə vurulan zərbə nəticəsində əmələ gəlmiş dabanındakı hematoma — nəzər salaraq, məhkəmə hesab edir ki, bu xəsarətlər polislə adi küçə toqquşmaları zamanı yetirilə bilməyən xüsusi növ xəsarətdir. Bununla əlaqədar məhkəmə ərizəçinin barəsində cinayət işi üzrə bir neçə ay sonra keçirilmiş məhkəmə baxışı zamanı onun həqiqətən həmin gün Azadlıq Meydanında olma- dığının müəyyən olunması faktını nəzərə alır. 2. Pis rəftarın xarakterini (ərizəçinin ayaqlarının altından döyülməsi) nəzərə alaraq, məhkəmə hesab edir ki, bu, yalnız qəsdən törədilə bilərdi, çünki onun yerinə yetirilməsi üçün müəyyən qədər hazırlığın görülməsi və gücün tətbiqi tələb olunurdu. Görünür ki, o, ərizəçidən etiraf və məlumatın alınması məqsədilə yerinə yetirilmişdir Məhkəmə hesab edir ki, bu rəftar elə ağır və qəddar xarakterli olmuşdur ki, o, işgəncə kimi xarakterizə oluna bilər. 3. Şəxs polis tərəfindən 3-cü maddəyə zidd olaraq ağır şəkildə pis rəftara məruz qaldığı barədə sübut oluna biləcək iddia irəli sürdüyü halda, bu müddəa Konvensiyanın 1-ci maddəsinə əsasən, Dövlətin «yurisdiksiyasında olan hər kəs üçün bu Konvensiyada ... müəyyən olunmuş hüquq və azadlıqların təmin edilməsinə» dair ümumi öhdəliyi ilə birlikdə oxunulduqda öz mənasında səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Həmin araşdırma məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxarmaq iqtidarında olmalıdır. Əks təqdirdə, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, öz fundamental vacibliyinə baxmayaraq təcrübədə qeyri-effektiv olardı və bəzi hallarda Dövlətin nümayəndələri üçün onların nəzarəti altında olanların hüquqlarını faktiki olaraq cəzalandırıl- madan pozmaq imkanı yaradılacaqdı. Məhkəmənin presedent hüququnda müəyyən edilmiş səmərəliliyin minimal standartlarına

42 həmçinin belə tələb daxildir ki, araşdırma müstəqil, qərəzsiz və ictimaiyyətin nəzarəti altında olmalı, habelə səlahiyyətli orqanlar nümunəvi səylə və çevik hərəkət etməlidirlər 4. Döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüş- məyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olma- mışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il oktyabrın 22-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırıl- ması xüsusilə çətindir. Dövlət orqanları hadisə ilə bağlı sübutları, o cümlədən məhkəmə-tibb ekspertizasının rəyini almaq üçün bütün münasib tədbirləri həyata keçirməlidirlər. Araşdırmanın xəsarətin səbəblərini və ya məsuliyyətli şəxsi müəyyən etmək qabiliyyətini pozan onun hər hansı çatışmazlığı bu standartın pozulmasına gətirib çıxara bilər. Bununla belə məhkəmə hesab edir ki, məhkəmə-tibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdı.

Nəticədə Məhkəmə Məmmədova dəymiş mənəvi ziyanla bağlı 10.000 avro, xərclər və məsrəflərə görə 1.817 Avro məbləğdə kompensasiyanın ödənilməsini Azərbaycan Dövlətinin üzərinə qoymuşdur.

43 2. Avropa İnsan Hüquqları Məhkəməsinin “Muradova Azərbaycana qarşı” işi üzrə 22684/05 saylı, 2 aprel 2009-cu il tarixli Qərarın xülasəsi Muradova Mahirə Sədrəddin qızı 16 oktyabr 2003-cü ildə 15 oktyabr 2003-cü ildə keçirilmiş Prezident seçkilərində iştiraka etiraz məqsədilə Azadlıq meydanında təşkil olunmuş mitinqdə iştirak etmişdir. Mitinqin icazəsiz olduğunu bildirən hökümət polisə və silahlı birləşmələrə mitinqin keçirilməsinin qarşısını alması göstərişini vermişdi. Polis iştirakçılara sakit şəkildə meydanı tərk etməyə çağırmadan qəfildən insanların üzərinə hücum etmişdir. Bu zaman polisin hücumundan qaçan izdihamın içində olan Muradovanı kimsə itələyərək yerə yıxmışdır. Muradova yaxınlıqda olan polis nəfərindən ona ayağa durmağa köməklik etməsini xahiş etmişdir. Lakin polis nəfəri onun sağ gözünə dəyənəklə zərbə endirmişdir. Zərbədən sonra Muradova dərhal sağ gözünün görməsini itirmişdir. 16 oktyabr 2003-cü ildə Muradova təcili yardım xəstəxanasına aparılıb. Tibbi qeyddə onun “hemoftalmia (göz bəbəyi daxilində qanama) və sağ gözünün kontuziyası” olduğu göstərilmişdir. Qeyd edilmişdir ki, Muradova “16 oktyabr 2003-cü ildə şəhərdə baş vermiş məlum hadisələr zamanı xəsarət almışdır”. Muradova hüquqlarının bərpası üçün ölkədaxili zəruri hüquqi vasitələrdən istifadə etdikdən sonra 7 iyun 2005-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Məhkəmə 2 aprel 2009-cu il tarixli qərarı ilə Muradovaya qarşı 16 oktyabr 2010-cu ildə polis tərəfindən qeyri-insani rəftar edildiyini və İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müda- fiəsi haqqında Avropa Konvensiyasının 3-cü maddəsinin həm maddi, həm də prosedur hissələrinin pozulduğunu tanımışdır. Konvensiyanın 3-cü maddəsində deyilir: Heç kəs işğəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya məruz qala bilməz. 44 Qərarda Məhkəmə aşağıdakıları xüsusilə vurğulayır: 1. Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyət üçün zəruri olan ən fundamental dəyəri təsbit edir. Hətta mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə kimi ən mürəkkəb şəraitdə belə, Konvensiya işğəncəni və qeyri-insani və ya alçal- dıcı davranışı və ya cəzanı mütləq şəkildə qadağan edir. 2. Bundan başqa, xəsarətin Muradovanın hüquq-mühafizə orqanları tərəfindən kütləvi iğtişaşın dağıdılması üçün güc tətbiq edildiyi ərazidə olduğu zaman alınmasına xüsusi diqqət yetirilməlidir. Bunula bağlı Məhkəmə qeyd edir ki, 3-cü maddə dəqiq müəyyən olunmuş şərtlərlə güc tətbiq olunmasını qadağan etmir. Lakin belə güc zərurət yarandıqda tətbiq olunmalı və həddi aşmamalıdır. Fiziki güc üçün əsas şəxsin öz davranışından doğmadıqda belə insan ləyaqətini alçaldır və Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulan hüququn pozuntusudur. 3. İşgəncə ilə bağlı ciddi iddialar geniş araşdırılmalıdır. Yəni vəzifəli şəxslər daima nəyin baş verdiyini tapmaq üçün ciddi addımlar atmalı və istintaqı bitirmək üçün və ya qərarlarının təməli kimi tələsik və qeyri-dəqiq mülahizələrə əsaslanmamalı- dırlar. İşgəncə iddiaları müvafiq sübutlarla təsdiqlənməlidir. Sübutları qiymətləndirərkən Məhkəmə “əsaslı şübhəyə imkan verməmə” sübutetmə standartına əsaslanır. Lakin, belə sübut kifayət qədər güclü, aydın nəticələrin və faktın oxşar təkzibolun- maz prezumpsiyalarının birgəliyindən doğmalıdır. 4. Vəzifəli şəxslər güc tətbiq etdikdə tətbiq olunan gücün proporsionallığı məsələsi də daxil olmaqla, tətbiq olunan güc üçün cavabdehliyi təmin etmək üçün gərək törədilən hərəkətin (güc tətbiq etmə) müstəqil müşahidəsinin müəyyən forması olsun. Cavabdehliyin təmin olunması məqsədilə əməliyyatın fərdlərə ciddi bədən xəsarəti vurma riskinin azaldılması üçün qanuna müvafiq qaydada həyata keçirildiyi və təşkil olunduğu yoxlanılmalıdır. Nəticədə Məhkəmə Muradovaya dəymiş fiziki xəsarəti nəzərə alaraq 25.000 avro təzminat ödənilməsini Azərbaycan Dövlətinin üzərinə qoymuşdur.

45 3. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov Azərbaycana qarşı” işi üzrə 4762/05 saylı, 17 dekabr 2009-cu il tarixli Qərarın xülasəsi

Məmmədov Mikayıl Səttar oğlu 1961-ci ildə Qubadlı rayonunda anadan olub və hal-hazırda Sumqayıt şəhərində yaşayır. O və ailə üzvləri məcburi köçkündürlər, 1993-cü ildə erməni hərbi qüvvələrinin Qubadlı rayonunu işğalından sonra onlar Sumqayıt şəhərində müxtəlif ünvanlarda məskunlaşıblar. Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova 17 iyun 1999- dan 5 iyul 1999-dək beyin sarsıntısı, isterik psixoz və s. diaqnozlarla Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasında stasionar qaydada müalicə almışdır. 2003-cü ildə Məmmədov Sumqayıt şəhər Hərbi Komissarlığının köhnə inzibati binasında (Komissarlıq artıq orada yerləşmirdi) boş otaqların olduğunu aşkar etdi. Binanın bir hissəsi müharibə veteranları birliyi tərəfindən tutulmuşdu. Məmmədovun maraqlandığı otaqlar isə baxımsız vəziyyətdə idi və həmin otaqlarin binanın arxa tərəfindən ayrıca giriş olmuşdur. Məmmədov bu otaqları tutmuş və 3 ay müddətində əsaslı təmir işləri aparmışdır. Məmmədovun sözlərinə görə binanın digər sakinləri onun bu hərəkətlərindən xəbərdar olmuş və heç bir etiraz etməmişdirlər. Dövlət orqanları tərəfindən də onun təmir işləri aparmasına heç bir etiraz olmamışdır. 2003-cü ilin sonlarında təmir işlərini bitirdikdən sonra Məmmədov ailəsi ilə birlikdə yeni yaşayış sahəsinə köçmüşdür. 26 mart 2004-cü ildə Sumqayıt şəhər İcra hakimiyyətinin 2 nümayəndəsi, yerli Mənzil Kommunal və İstismar Sahəsinin işçisi və bir neçə polis işçisi Məmmədovun yeni yaşayış sahəsinə gələrək binadan çıxmalı olduqlarını bildirdilər. Onlarda evdən çıxarılma haqqında məhkəmə qərarı olmamışdır. Məmmədov 26 mart 2004-cü ildə evə gələn polis işçilərinin sayının təqribən 25 nəfər olduğunu və onların əksəriyyətinin dəyənəkli olduğunu bildirmişdir. 46 Yuxarıda adları çəkilən rəsmi şəxslərin gəlişindən müəyyən müddət keçdikdən sonra Məmmədovun həyat yoldaşı Çiçək Məmmədova səlahiyyətli qurumların onun ailəsini evdən çıxarma niyyətinə etiraz olaraq üzərinə benzin tökərək özünü yandırmışdır. Məmmədovun sözlərinə görə, onlar evdən çıxmaq tələbinə etiraz etdikdə, polis ona və qayınanasına güc tətbiq etmişdir. Bu zaman Ç. Məmmədova psixi narahatlıq keçirmiş, şok vəziyyətinə düşmüşdür. O öz üzərinə benzin tökmüş, polisin dərhal evi tərk etməyəcəyi təqdirdə özünü yandırmaqla hədələmişdir. Lakin İcra Hakimiyyəti rəsmiləri və polis işçiləri onun hədələrinə ciddi yanaşmamış, İcra Hakimiyyəti rəsmilərindən biri ona kibrit verərək istehza ilə öz sözünə əməl edərək özünü yandırmağa həvəsləndirmişdir. Bu zaman Məmmədov qorxudan özündən getmiş övladına yardım etmək üçün çölə çıxmışdı. Buna görə də, o, həyat yoldaşını dərhal xilas edə bilməmişdir. Polis işçiləri Məmmədovun əşyalarını yük maşınına yükləməklə məşğul olduqları üçün onlardan heç bir Məmmədovanı xilas etməyə çalışmamışdırlar. Müəyyən müddət keçdikdən sonra polis işçilərindən biri evdə tapdığı yorğanla onu söndürmüşdür. Bir az sonra gələn Məmmədovanın qardaşı onu taksi ilə xəstəxanaya aparmışdır. Bu insidentdən sonra polis Məmmədovun ailəsini yük maşınına mindirərək onları əvvəl məskunlaşdıqları yataqxanaya qaytarmışdır. Ç. Məmmədova bədəninin 50%-ni əhatə edən ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri almışdır. 30 mart 2004-cü ildə o, xəsarətlərin nəticəsində vəfat etmişdir. 2 aprel 2004-cü il tarixli meyitin müayinəsi ölümə yanıq xəsarətlərinin səbəb olduğunu təsdiqləmişdir. Ç. Məmmədovanın ölümü ilə bağlı Sumqayıt şəhər prokurorluğu tərəfindən ilkin təhqiqat həyata keçirilmiş və Sumqayıt şəhər Prokurorluğunun 14 may 2004-cü il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir.

47 Bundan sonra Məmmədov bir sıra orqanlara, o cümlədən Baş Prokurorluğa müraciət etmiş, Baş Prokuror 25 may 2005-ci il tarixdə Sumqayıt şəhər Prokurorluğunun 14 may 2004-cü il tarixli qərarını ləğv etmişdir. 14 iyun 2005-ci il tarixli qərarla iş ölüm faktı ilə bağlı əlavə təhqiqat aparılması üçün Binəqədi rayon prokurorluğuna göndərilmişdir. Binəqədi rayon prokurorluğu 17 avqust 2005-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam vermişdir. Bu qərardan sonra Məmmədov yenə Baş Prokurorluğa müraciət etmişdir. Baş Prokurorun birinci köməkçisinin 7 iyun 2006-cı il tarixdə Binəqədi rayon prokurorluğunun 17 avqust 2005-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarını ləğv etmişdir. Belə ki, Binəqədi rayon prokurorluğuna istinataqı davam etmək göstərişi verilmişdir. 15 noyabr 2006-ci il tarixdə Binəqədi rayon prokurorluğu “cinayət əməlini törədən şəxsi müəyyənləşdirmək” imkanında olmadığını əsas gətirərək istintaqı dayandırmışdır. Məmmədov müstəntiqin 15 noyabr 2006-cı il tarixli qərarından məhkəməyə müraciət etmişdir. 19 mart 2007-ci il Binəqədi rayon məhkəməsi mübahisələndirilən qərarı ləğv etmiş, Binəqədi rayon prokurorluğunun üzərinə istintaqı davam etdirmək vəzifəsini qoymuşdur. 9 aprel 2007-ci ildə Binəqədi rayon prokurorluğu istintaqı davam etdirmiş, 25 aprel 2007-ci ildə isə yuxarıda qeyd edilən əsasla istintaqı yenidən dayandırmışdır. Məmmədov yenidən məhkəməyə müraciət etmiş, Binəqədi rayon məhkəməsi 7 iyun 2007-ci il tarixdə Məmmədovun ərizəsini təmin etməmişdir və müstəntiqin qərarını qüvvədə saxlamışdır. Məhkəmənin həmin qərarı Apellyasiya Məhkəməsinin 4 iyul 2007-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. 16 sentyabr 2008-ci ildə Binəqədi rayon prokurorluğunun müstəntiqi Ç.Məmmədovanın ölümü ilə bağlı insidentdə iştirak etmiş şəxslərin əməlində cinayət tərkibinin olmadığını əsas gətirərək cinayət işi üzrə icraata xitam vermişdir.

48 Baş vermiş qanun pozuntusu ilə bağlı Məmmədov 27 dekabr 2004-cü il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişdir. Məhkəmə işi araşdırmış və Çiçək Məmmədovanın ölümü üzrə dövlətin öhdəliyinin davamı kimi səmərəli istintaqın aparılmamasını İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 2-ci maddəsini pozulması kimi qiymətləndirmişdir. Konvensiyanın 2-ci maddəsində isə göstərilir ki, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz. Həyatdan məhrum etmə, güc tətbiqində mütləq zərurətin nəticəsi olduqda bu maddənin pozulması kimi nəzərdən keçirilmir: a) istənilən şəxsin hüquqa zidd zorakılıqdan qorunması üçün; b) qanuni həbsi həyata keçirmək və ya qanuni əsaslarla həbsdə olan şəxsin qaçmasının qarşısını almaq üçün; c) qanuna müvafiq olaraq çevriliş və ya qiyamın yatırılması üçün.

Nəticədə Məhkəmə Məmmədova 20 min Avro təzminat ödənilməsi vəzifəsini Azərbaycan Dövlətinin üzərinə qoymuşdur.

49 PİS RƏFTARLA BAĞLI MÜRACİƏT OLUNACAQ QURUMLARIN SİYAHISI

• Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ünvan: Üzeyir Hacıbəyov 40, Hökümət evi Tel/Faks: (99412) 498 23 65 İşgəncələrlə bağlı məlumat telefonu: (99450) 370 98 96 E-mail: ombudsman@ombudsman.gov.az

• Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ünvan: AZ 1000, Bakı şəhəri, Ü. Hacıbəyov küçəsi 40, Hökümət Evi, III Qapı. Telefon: ( 994 12 ) 498 00 92 Tel/Fax: (994 12 ) 493 58 72 E-mail: office@scfwca.gov.az

• Azərbaycan İnsan Hüquqlarının Müdafiə Mərkəzi Ünvan: Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 150 Telefon: (99412) 497 70 26 E-mail:eldar.hrca@gmail.com

• Azərbaycan İşgəncələr Əleyhinə Komitə Ünvan: Bakı şəhəri, Həsən Məcidov küçəsi 9, mənzil 33, Telefon: (99 412 ) 492 89 88 Qaynar xətt: (050) 375 52 67 E-mail: elchinbehbudov@gmail.com

• Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi Ünvan: Bakı şəhəri, İçərişəhər, 2-ci Mirzə Mənsur küçəsi 4/6 Telefon: : (99412) 439 38 61,

• Dilarə Əliyeva adına Azərbaycan Qadin Hüquqlarını Müdafiə Mərkəzi Ünvan: Bakı şəhəri, İçərişəhər, 2-ci Mirzə Mənsur küç. 4/6, Telefon: (99412) 497 21 08; (99450) 3200113 E-mail: novellajafarova@gmail.com 50 • Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi Ünvan: AZ1001, İstiqlaliyyət küç. 43, apart.16 Tel/Faks: (99412) 497 78 42, 497 07 57 E-mail: Arzu.ismayl@gmail.com, assembly- baku@azeurotel.com

• Hüquqi Məlumat Mərkəzi Ünvan: İlham Əliyev küçəsi 5 Telefon: (99412) 323 63 26 E-mail: bakiofis@legcom.com

• Hüquq Maarifçiliyi Cəmiyyəti Ünvan: Şamil Əzizbəyov 199/7 Telefon: (994 12) 498 81 75 E-mail: legal@azeronline.com

• İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosu Ünvan: Bakı şəhəri, B. Ağayev küçəsi, ev 115, mənzil 58 Telefon: (99412) 494 0409 E-mail: saidaqojamanli@yahoo.com

• Məhkumların islah edilməsində ictimaiyyətin iştirakını təmin edən və cəzanı icra edən müəssisələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə Ünvan: Bakı şəh. Əfəndiyev küçəsi, ev 7, mənzil 24 Telefon: (99412) 492 57 26, (99450) 223 2929 E-mail: office@publiccommittee.az

• Sülh və Demokratiya İnstitutu Ünvan: Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi ev 38,mənzil 2 Telefon: (99412) 4973200 E-mail: ipd1995@gmail.com

51 ATƏT-İN BAKI OFİSİNİN RESURS MƏRKƏZLƏRİ

• Gəncə Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi Ünvan: AZ2010, Gəncə şəhəri, Cavadxan küçəsi 35/1, Tel/faks: (022) 56 40 42 Qaynar xətt: (088) 202 02 02 Mobil: (055) 257 00 55 E-mail: sevinj@transparency.az

• Lənkəran Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi Ünvan: AZ4200, Lənkəran şəhəri, Qala Xiyabanı küçəsi 12 Telefon: (0171) 51 725 Faks: (0171) 50 904 Qaynar xətt: (088) 303 03 03

• Sumqayıt Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi Ünvan: AZ5004, Sumqayıt şəhəri, N.Nərimanov küçəsi, 1-ci mikrorayon, bina 45b Tel/faks: (018) 642 48 27 Mobil: (050) 797 97 70 Elektron ünvan: qanununaliliyi@mail.ru Res_centre@mail.ru

• Şəki Qanunun Aliliyi Hüquq Resurs Mərkəzi Ünvan: AZ5500, Şəki şəhəri, M. Rəsulzadə küçəsi 177, mənzil 3 Tel/faks: (0177) 426 55 Qaynar xətt: (088) 505 05 05

52

Informations clés
Type de document book
Date d'adoption
Source OSCE